A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) "İnsan Hüquqları Aylığı" çərçivəsində insan hüquqları mövzusunda maarifləndirici tədbir keçirilib.

İqtisadiyyat" kafedrasının dosenti, Ərəbiyyə Mustafayeva tərəfindən “İnsan və vətəndaş hüquqları və azadlıqlarının qorunması və müdafiəsi” mövzusunda maarifləndirici təqdimat keçirilib. Tədbir çərçivəsində Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948) və Avropa İnsan Hüquqları Konvensiyası (1950) kimi əsas beynəlxalq hüquqi sənədlər əsasında insan hüquqlarının qorunması və hüquqi müdafiə mexanizmləri haqqında ətraflı məlumat verilib. Təqdimatda tələbələrə insan hüquqlarının beynəlxalq və milli müstəvidə təmin olunması yolları, bu hüquqların pozulması hallarında müraciət mexanizmləri və hüquqi maariflənmənin cəmiyyət üçün əhəmiyyəti izah olunub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay