A

29 may 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə sahil təmizliyi aksiyası keçirilib.

Aksiya UNEC-in 95 illik yubileyi münasibətilə hazırlanan Tədbirlər Planının “95 illik yubileyə – 95 xeyirxah iş” bəndi çərçivəsində reallaşıb.

“5 iyun – Ümumdünya Ətraf Mühit Günü” ərəfəsində baş tutan tədbir Xəzər dənizinin Pirşağı-Novxanı sahilində keçirilib. Aksiyada Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri Mövlud Hüseynov, kafedranın dosenti Maya Kərimova, fakültənin tələbələri, ETSN əməkdaşları və ekokönüllülər iştirak ediblər.

Tədbirin əsas məqsədi sahil ərazilərində təmizliyin qorunmasının vacibliyini təbliğ etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti yönəltmək və hər kəsi tullantıların düzgün idarə olunmasına təşviq etmək olub. Aksiya zamanı sahil zolağı plastik və digər tullantılardan təmizlənib, yığılan tullantılar çeşidlənərək müvafiq qurumlara təhvil verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay