A

UNEC Zaqatala filialında inklüziv təhsilin əhəmiyyətinə dair maarifləndirici tədbir keçirilib.

Görüşdə UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova, filialın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Təlim zamanı Sevinc Məhsimova inklüziv təhsilin mahiyyəti, əsas məqsədləri, əhatə dairəsi və UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. İştirakçılar inklüzivlik anlayışının təhsil mühitində tətbiqi, əlçatanlığın təmin olunması, bərabər imkanların yaradılması və sosial inteqrasiya kimi mühüm aspektlərlə tanış olublar.

Tədbir çərçivəsində UNEC İnklüziv Təhsil Mərkəzinin yaradılmasının 10 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş elmi məqalə müsabiqəsinin nəticələri də qeyd olunub. Müsabiqədə fərqlənən UNEC Zaqatala filialının tələbələrinə sertifikatlar təqdim olunub.

Səfər zamanı Sevinc Məhsimova filialda tələbələr üçün yaradılmış tədris və sosial infrastrukturla tanış olub, həmçinin tələbə evində inklüziv təhsil alan – SİM (xüsusi imtiyazlı tələbələr) üçün ayrılmış otaqlara baxış keçirib.

Tədbirdə, həmçinin UNEC-in “24/7 Kitabxana”sının müdiri Arzu Məmmədova Zoom platforması üzərindən onlayn şəkildə qoşularaq, kitabxananın inklüziv təhsilə dəstəyi, elektron resursların əlçatanlığı və tələbələrə təqdim olunan xidmətlər barədə ətraflı təqdimatla çıxış edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay