UNEC-in 95 illik yubileyinə həsr olunmuş "Satış akademiyası" layihəsi UNEC-in Karyera Mərkəzinin təşkilatçılığı və Marsol Group-un dəstəyi ilə uğurla həyata keçirilib.
Aprel ayında start götürən layihə bir ay müddətində UNEC-in son kurs bakalavr və magistr pilləsində təhsil alan tələbələrdən seçilmiş 11 nəfər iştirakçı üçün təşkil olunub.
Proqram çərçivəsində iştirakçılar təcrübəli mentorların rəhbərliyi ilə satış sahəsinə dair real görüşlərdə iştirak etmiş, ikili vizitlər həyata keçirmiş və data analitikası üzrə təhlillər aparıblar.
Layihənin sonunda iştirakçılar satış prosesi, müştəri ilə effektiv ünsiyyət və müştəri məmnuniyyətinin artırılması sahəsində dəyərli praktiki biliklər qazanıblar.