A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov  I kurs tələbələri ilə görüşüb.

Görüşdə fakültənin dekanı dosent Elman Cəfərov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. E.Cəfərov tələbələrə təhsil aldıqları fakültə barədə məlumat verib. Fakültəyə 5 ixtisas üzrə 405 tələbənin qəbul olduğunu, onlardan 212 nəfərin 600-dən, 18 nəfərin isə 650-dən yüksək bal topladığını deyib. Fakültəyə keçid balının ildən-ilə artdığını diqqətə çatdıran dekan, ötən il olduğu kimi, bu il də UNEC üzrə ən yüksək bal toplayan tələbənin Rəqəmsal İqtisadiyyat fakültəsinə qəbul olduğunu deyib. Bildirib ki, universitet üzrə ən yüksək bal (676,2) toplayan tələbə “İnformasiya texnologiyaları” (ingilis dilində) ixtisasını seçib.

Görüşdə tələbələrə tədris prosesi, imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və Minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib. Fakültə əməkdaşları tərəfindən tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR