UNEC-in İqtisadiyyat və İdarəetmə fakültəsində “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə fakültənin dekan müavini Rahim Mürsəlov, “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova və tələbələr iştirak ediblər.
Seminarda çıxış edən Elza Əhmədova qeyd edib ki, korrupsiya cəmiyyətin inkişafına və hüquqi sistemin möhkəmlənməsinə ciddi zərbə vurur. Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə yalnız şəffaflıq, ədalət və hesabatlılıq prinsiplərinin təmin olunması ilə mümkündür. Bu prosesdə təkcə dövlət orqanları deyil, vətəndaşlar da aktiv iştirak etməlidirlər. Elza Əhmədova vurğulayıb ki, korrupsiyanın qarşısının alınması milli iqtisadiyyatın inkişafına, investisiya mühitinin yaxşılaşmasına və cəmiyyətin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir.
Seminar iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar.