Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilmiş intellektual yarış keçirilib.
Tədbirin əsas məqsədi gənclərin elmi biliklərini artırmaq, görkəmli alimlərin həyat və fəaliyyətindən nümunələr təqdim etməklə onların elmə marağını stimullaşdırmaq olub.
Yarışın sualları müxtəlif elmi ixtiralar, tanınmış alimlərin bioqrafiyaları və elmi nailiyyətlərə əsaslanıb, iştirakçılar həm tarixi, həm də müasir elmi uğurlar barədə biliklərini nümayiş etdirərək analitik düşünmə və faktlara əsaslanan düzgün qərar vermə bacarıqlarını sınayıblar.
Sonda qaliblər müxtəlif kitablarla təltif olunublar.