A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsində 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə “İqtisadiyyat” kafedrasının dosenti Solmaz Gözəlova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlət quruculuğunu tənzimləyən əsas hüquqi sənəd olmaqla, demokratik inkişafı və sərbəst bazar iqtisadiyyatını təmin edir. Konstitusiya cəmiyyətin siyasi, sosial, mədəni və iqtisadi həyatında əsas normaları müəyyən edir, qanunvericiliyin təkmilləşdirilməsinə hüquqi baza yaradır və hakimiyyət bölgüsünün prinsiplərini müəyyənləşdirir. Dosent həmçinin vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ölkədə müstəqilliyin qorunması istiqamətində misilsiz işlər görmüşdür.

Tədbir çıxışlardan sonra fikir mübadiləsi ilə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay