A

29 oktyabr 2025-ci il tarixində UNEC-in Türk Dünyası İqtisad fakültəsində (TÜDİFAK) Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri, dosent Nurkhodzha Akbulaev, kafedranın baş müəllimi Nəriman Xanəhmədov və tələbələr iştirak ediblər.

Çıxış edənlər Türkiyə Cümhuriyyətinin yaranma tarixinin əhəmiyyətindən, Mustafa Kamal Atatürkün ideallarından və müasir Türkiyənin inkişaf yolundan danışıblar. Natiqlər türk birliyi ideyasının önəmini vurğulayaraq, elm, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Fakültə rəhbərliyi bildirib ki, 29 Oktyabr təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün azadlıq, müstəqillik və modernləşmə rəmzidir. Gənclərin maarifləndirilməsi və ortaq tarixi dəyərlərin təbliği məqsədilə bu kimi tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində Türkiyə və Azərbaycan bayraqlarının müşayiəti ilə Türkiyə Cümhuriyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda TÜDİFAK kollektivi bütün türk dünyasını Türkiyə Cümhuriyyətinin 102 illiyi münasibətilə təbrik edərək, birlik və qardaşlıq mesajı ünvanlayıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay