A

UNEC Dizayn Məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr edilmiş intellektual yarış keçirilib.

Tədbirin məqsədi tələbələrin dünyagörüşünü, intellektual səviyyəsini və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək, eləcə də onların Azərbaycanın milli-mənəvi dəyərləri və dizayn tarixi sahəsindəki biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olub.

Yarışda müxtəlif ixtisaslardan olan tələbələrdən ibarət komandalar iştirak edib. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və obyektiv şəkildə qiymətləndirilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib komandaların üzvlərinə sertifikatlar təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay