A

UNEC Dizayn Məktəbində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Tədbiri məktəbin direktoru, dosent Lalə Məmmədova açaraq Azərbaycan bayrağının xalqımız üçün dərin mənəvi dəyərə malik olduğunu qeyd edib. O, üçrəngli bayrağımızın milli ləyaqət və dövlətçiliyimizin rəmzi olduğunu, onun hər zaman uca tutulmasının hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Sonra “Dizayn” kafedrasının müdiri, dosent Elfanə Qasımova çıxış edərək Azərbaycan bayrağının rəngləri və üzərindəki simvolların mənası haqqında məlumat verib. O, mavi, qırmızı və yaşıl rənglərin xalqımızın mənəvi köklərini, müasir inkişaf yolunu və islam dəyərlərini əks etdirdiyini bildirib. Aypara və səkkizguşəli ulduzun isə xalqımızın qədim tarixindən və milli kimliyindən xəbər verdiyini qeyd edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay