A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) 8 Noyabr – Zəfər Gününün 5 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirin əsas məqsədi tələbələrdə milli kimlik və vətənpərvərlik dəyərlərinin möhkəmləndirilməsi, həmçinin Vətən müharibəsində qazanılan tarixi qələbənin əhəmiyyətinin gənc nəslə çatdırılması olub.

Görüşün qonağı ISE məzunu, Vətən müharibəsi iştirakçısı Kamran Əzimov olub. O, çıxışında Talış, Suqovuşan və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etdiyini, həmçinin Vətənə göstərdiyi xidmətlərə görə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunu bildirib.

Qazi 44 günlük Vətən müharibəsi zamanı iştirak etdiyi əməliyyatları, döyüş şəraitində qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, həmçinin gənclərə Vətənə sədaqətin, milli həmrəyliyin və vətənpərvərliyin vacibliyindən danışıb.

Tələbələr qonağa müxtəlif suallar ünvanlayıb, müharibə dövründə qarşılaşdığı çətinliklər və döyüş yoldaşlarının göstərdiyi qəhrəmanlıqlar barədə ətraflı məlumat alıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay