A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Bayrağı – Müstəqilliyimizin Rəmzidir” mövzusunda seminar keçirilib.

Tədbirdə fakültənin dekan müavini Ramal Cabbarov, “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının əməkdaşları Könül Mirzəməmmədova və Sevinc Kərimova çıxış ediblər.

Seminarın məqsədi tələbələrə Azərbaycanın dövlət rəmzlərinin yaranma tarixi, mənəvi-siyasi əhəmiyyəti barədə məlumat vermək, həmçinin bu rəmzlərin gənclər arasında təbliği istiqamətində maarifləndirici bilgilər çatdırmaq olub.

Çıxışlarda Azərbaycan bayrağının milli birliyin, müstəqilliyin və dövlətçiliyin simvolu kimi rolu vurğulanıb. Qeyd edilib ki, üçrəngli bayraq xalqımızın azadlıq uğrunda mübarizəsinin və milli qürurunun ifadəsidir.

Tədbir iştirakçıları Bayraq Gününün tarixi və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə qəbul edilən dövlət bayrağının ideoloji mahiyyəti haqqında məlumatlandırılıblar.

Seminarın sonunda tələbələr vətənpərvərlik ruhunda ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay