UNEC Dizayn məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib.
Sərgidə Dizayn məktəbinin tələbələri tərəfindən hazırlanan rəsm əsərləri nümayiş etdirilib. Tələbələrin yaradıcılıq işlərində Vətən müharibəsində qazanılmış Qələbə, Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərin xatirəsinə ehtiram və Vətənə sevgi kimi mövzular əks olunub.