Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “158 Maddə” adlı Ümumrespublika debat turnirinin final oyunu və bağlanış mərasimi keçirilib.
Tədbirdə UNEC Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov çıxış edərək UNEC-də gənclər təşkilatlarına göstərilən diqqət və qayğıdan söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Ümumilikdə 500 gəncin iştirakı ilə təşkil olunan debat turnirində UNEC tələbələri fəallığı ilə seçiliblər. Rus İqtisad Məktəbinin tələbələri — Abbasov Cahid, Məleyka Əliquliyeva, Cavid Yusufov, Xədicə Novruzova və Rəhimli Ülvi müxtəlif nominasiyalar üzrə fərdi mükafatlara layiq görülüblər.
Bununla yanaşı, UNEC-in komandası rus bölməsi üzrə komanda yarışlarında respublika üzrə ikinci yeri qazanaraq yüksək nəticə nümayiş etdirib.