A

Maliyyə və Mühasibat fakültəsi İnnovativ Gənclər Təşkilatı və Dadashsoy Business School-un birgə təşkilatçılığı ilə “Xəyalımdakı gələcək – düzgün düşüncə tərzi” adlı təlim keçirilib.

Təlimin əsas məqsədi gənclərdə müasir dövrün tələblərinə uyğun düzgün düşüncə tərzi formalaşdırmaq, onların şəxsi inkişafına, məqsədyönlü fəaliyyətinə və peşəkar bacarıqlarının artırılmasına dəstək olmaqdır.

Təlimin spikeri, tanınmış mütəxəssis Pərviz Həsənov iştirakçılarla öz təcrübəsini bölüşərək, müsbət düşüncənin gücü, öz potensialını reallaşdırmaq və uğura aparan strategiyalar barədə müzakirə aparıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay