A

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə UNEC “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru Rəsul Balayevin təqdimatında Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumu – WUF13 çərçivəsində tələbələr üçün növbəti maarifləndirmə dərsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Rəqəmsal İqtisadiyyat fakültəsinin dekanı dos. Elman Cəfərov, bu cür maarifləndirmə dərslərinin tələbələrin dünyagörüşünün genişlənməsində, qlobal trendlər və beynəlxalq təşəbbüslər barədə dolğun məlumat əldə etməsində mühüm rol oynadığını bildirib. Professor Rəsul Balayev çıxışında rəqəmsal texnologiyaların ağıllı şəhər modellərinin formalaşmasında, idarəetmənin səmərəliliyinin artırılmasında və vətəndaş məmnunluğunun yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Təqdimat zamanı WUF13-ün əsas mövzuları, forum çərçivəsində müzakirə olunan aktual çağırışlar, eləcə də rəqəmsal həllərin şəhərlərin inkişafında rolu ətraflı şəkildə izah edilib. O, həmçinin tələbələri bu sahədə beynəlxalq təcrübəni izləməyə və əldə etdikləri bilikləri gələcək akademik və peşəkar fəaliyyətlərində tətbiq etməyə çağırıb.

Dərs interaktiv formatda keçib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay