A

UNEC Dizayn Məktəbində “Gender bərabərliyi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru, dosent Lalə Məmmədova bildirib ki, gender bərabərliyi qadın və kişilərin, qız və oğlanların heç bir məhdudiyyət olmadan şəxsi potensiallarını inkişaf etdirməsi və azad seçim etmək imkanına malik olması deməkdir. O vurğulayıb ki, gender bərabərliyi cəmiyyətin sabitliyi, davamlı inkişafı və rifahı üçün mühüm daxili komponentdir.

Dizayn kafedrasının müdiri, dosent Elfanə Qasımova çıxışında qeyd edib ki, gender qərəzliyi sosial quruluşu zəiflədir və insan potensialının itirilməsinə səbəb olur. Onun sözlərinə görə, gender bərabərliyi yalnız qadın və qızların maraqlarını əhatə edən məsələ deyil, bütövlükdə cəmiyyətin faydalanacağı ümumi bir məqsəddir.

Tədbirdə UNEC Dizayn Məktəbinin müəllimi, Tələbə Elmi Cəmiyyətinin sədri Nərminə Namazova, baş müəllim Əli Əliyev və müəllim Sevinc Nuriyeva da çıxış edərək gender bərabərliyinin mahiyyətinin qadın və kişilər üçün bərabər hüquqların, imkanların və resurslara çıxışın təmin olunmasına əsaslandığını bildiriblər.

Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR