A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.

Dərsdə “İqtisadiyyat” kafedrasının dosenti Pərviz Səmədov 20 Yanvar faciəsinin tarixi-siyasi səbəblərindən bəhs edərək bildirib ki, bu faciəyə aparan proseslər 1987-ci ildən azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından kütləvi deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı dövrdən başlayıb. O, qeyd edib ki, artan gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı ağır cinayət törədib.

Vurğulanıb ki, Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların Bakıya yeridilməsi misli görünməmiş qəddarlıqla müşayiət olunub. Fövqəladə vəziyyət elan olunana qədər 82 nəfər qətlə yetirilib, 20 nəfər ölümcül yaralanıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə Bakı şəhərində daha 21 nəfər öldürülüb. Həmçinin fövqəladə vəziyyətin elan edilmədiyi Neftçala və Lənkəran rayonlarında da dinc əhali arasında itkilər qeydə alınıb.

Nəticədə Bakıda və ətraf rayonlarda 131 nəfər həlak olub, 744 nəfər yaralanıb. Qurbanlar arasında qadınlar, uşaqlar, qocalar, təcili yardım işçiləri və milis əməkdaşları da olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay