A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələr arasında keçirilən və universitetin daxili vəsaiti hesabına maliyyələşdirilən startap müsabiqəsinin qalibləri müəyyən edilib.

Müsabiqə çərçivəsində təqdim olunan çoxsaylı innovativ layihələr arasından seçilən 9 qalib layihədən biri də CVE.Labs adlı Kibertəhlükəsizlik Laboratoriya Platforması olub.

CVE.Labs layihəsi UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin 4-cü kurs tələbələri Abdullah Abdullazadə və Ariz Məhərrəmli tərəfindən hazırlanıb. Layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində bilik və praktiki bacarıqların artırılması, həmçinin bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün müasir və interaktiv öyrənmə mühitinin yaradılmasıdır.

Platforma istifadəçilərə real kibertəhlükəsizlik ssenariləri əsasında qurulmuş laboratoriya mühitində praktiki tapşırıqların icrasını, zəifliklərin aşkarlanması və onların aradan qaldırılması üzrə bacarıqların formalaşdırılmasını təmin edir. CVE.Labs həmçinin beynəlxalq kibertəhlükəsizlik standartlarına uyğun təlim mexanizmləri təqdim etməklə, bu sahədə peşəkar kadr hazırlığına töhfə verməyi hədəfləyir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay