A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələrin gələcək karyera planlamasına dəstək məqsədilə növbəti tədbir təşkil olunub. 

İqtisadiyyat Nazirliyinin müşaviri Hüseyn Hüseynovun iştirakı ilə keçirilən görüş "Karyera quruculuğu və süni intellekt" mövzusuna həsr edilib.

Görüş zamanı Hüseyn Hüseynov tələbələrə müasir əmək bazarının formalaşma istiqamətləri və iqtisadiyyatda baş verən qlobal meyillər barədə ətraflı məlumat verib. O, ölkənin rəqabət qabiliyyətinin artırılmasında insan kapitalının strateji əhəmiyyətini xüsusi vurğulayaraq, bilik və peşəkar səriştələrin davamlı inkişafının vacibliyini qeyd edib. Eyni zamanda əmək bazarının müasir xüsusiyyətləri – rəqəmsallaşma, çevik iş modelləri, innovativ sahələrin sürətli inkişafı və ixtisaslaşmanın artması haqqında məlumat verib.

Tələbələrin maraqla dinlədikləri tədbirin sonunda süni intellektin və yeni texnologiyaların peşə seçimlərinə təsiri ətrafında geniş müzakirələr aparılıb. H.Hüseynov tələbələrə daim öz üzərlərində işləməyi, müasir dövrün tələbi olan yeni bacarıqlar əldə etməyi və dəyişən mühitə adaptasiya olmağı tövsiyə edib. 

ISE-nin direktor müavini Aysel Quliyevanın və "ISE Next Gen Student Club"un təşkilatçılığı ilə baş tutan görüşdə ISE və SABAH qruplarının tələbələri iştirak ediblər.

TOP XƏBƏRLƏR