A

UNEC-in Biznes və menecment fakültəsində istehlakçıların sudan səmərəli istifadəsinə dair maarifləndirici seminar keçirilib.

Tədbirin əsas məqsədi su ehtiyatlarından düzgün və qənaətli istifadə vərdişlərinin təşviqi olub.

Seminarı giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov müasir dövrdə su ehtiyatlarının idarə edilməsinin həm ekoloji, həm də iqtisadi təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, bu kimi maarifləndirici tədbirlərin təşkilinin su israfının qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən dosent Afaq Hacıyeva ölkəmizin su ehtiyatlarının mövcud vəziyyəti və qlobal iqlim dəyişikliklərinin bu sahəyə təsiri barədə ətraflı məlumat verib. Məruzəçi məişətdə sudan qənaətlə istifadə üsulları, itkilərin azaldılması üçün müasir texnologiyaların tətbiqi və fərdi məsuliyyətin artırılmasının vacibliyini diqqətə çatdırıb.

İnteraktiv formatda keçirilən seminar zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay