UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində “İnsan kapitalının formalaşmasında qidalanmanın rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə fakültənin dekanı, dosent Elman Cəfərov çıxış edərək qidalanmanın insan kapitalının formalaşmasındakı mühüm rolundan bəhs edib. O, düzgün qidalanmanın insan sağlamlığı ilə yanaşı, zehni inkişaf və ümumi məhsuldarlığa birbaşa təsir göstərdiyini vurğulayıb.
Seminara dəvət olunmuş “Mühəndislik və tətbiqi elmlər” kafedrasının baş müəllimi Məryəm Məmmədəliyeva da çıxış edərək balanslı qidalanmanın əhəmiyyəti, vitamin və mineral maddələrin orqanizmdə rolu barədə ətraflı məlumat verib.
Tədbirin əsas məqsədi tələbələri düzgün qidalanmanın insan sağlamlığına, zehni inkişafına və ümumi məhsuldarlığa təsiri barədə maarifləndirmək olub.
Seminar interaktiv formatda keçirilib, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Sonda qeyd olunub ki, düzgün qidalanma yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda təhsil nailiyyətləri və gələcək peşəkar uğurlar üçün də mühüm əhəmiyyət kəsb edir.