A

“Elm Günləri” çərçivəsində növbəti tədbir tələbələr arasında təşkil olunub. UNEC Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “SciStorm” intellektual yarışı baş tutub.

Yarışın açılış mərasimində elm və innovasiya məsələləri üzrə prorektor, professor Rövnəq Rzayev və UNEC-in Tədqiqat Mərkəzlərinin İşinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova çıxış edərək bu cür elmi-intellektual yarışların tələbələrin bilik və dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.

Yarış zamanı iştirakçılar müxtəlif sahələri əhatə edən sualları cavablandırıblar. Xüsusilə son mərhələdə təşkil olunan elmi krossvord raundu yarışa əlavə dinamika qataraq iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Gərgin və maraqlı keçən intellektual mübarizənin nəticələrinə əsasən “Strateqlər” komandası I yerə layiq görülüb. II yeri “The Overthinkers”, III yeri isə “İmarət” komandası qazanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay