A

İqtisadiyyat və İdarəetmə fakültəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə həsr olunmuş maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi tələbələr arasında bu təhlükəli vərdişlərin zərərli təsirləri barədə məlumatlılığın artırılması olub.

Tədbirdə “İqtisadiyyat” kafedrasının baş müəllimi Elza Əhmədova çıxış edərək narkotik maddələrin insan sağlamlığına vurduğu ciddi ziyanlar, cinayətkarlığın artmasına təsiri, sosial problemlərin yaranmasındakı rolu və ümumilikdə həyat keyfiyyətini aşağı salması barədə ətraflı məlumat verib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay