A

UNEC-in Rus İqtisad Məktəbinin (RİM) tələbəsi Məryəm Musayeva Almaniyanın Akademik Mübadilə Xidmətinin (DAAD) proqramının qalibi olub.

Məryəm Musayeva proqram çərçivəsində Almaniyada keçiriləcək bir aylıq yay məktəbində iştirak etmək hüququ qazanıb.

Proqram tələbələrə beynəlxalq təcrübə qazanmaq, xarici mühitdə təhsil almaq və dil biliklərini inkişaf etdirmək imkanı yaradır.

Qeyd edək ki, Məryəm Musayeva universitet həyatında sosial aktivliyi ilə seçilir, müxtəlif yerli və beynəlxalq tədbirlərdə könüllü kimi fəal iştirak edib.

Möhtəşəm uğur münasibətilə tələbəmizi təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!

TOP XƏBƏRLƏR