A

Azerbaijan Coca-Cola Bottlers MMC və UNEC Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə 16 mart 2026-cı il tarixində tələbələr üçün “One Idea” layihəsinə həsr olunmuş təqdimat keçirilib.

“Auditoriyada məzun var” layihəsi çərçivəsində təşkil olunan tədbirdə UNEC məzunları, şirkətin HR əməkdaşları Solmaz Muradlı və Aydan Məmmədova çıxış ediblər. Onlar tələbələrə şirkətin ümumi fəaliyyəti, İsmayıllı rayonunda yerləşən ikinci fabrikin işi, həmçinin “One Idea” layihəsinin mərhələləri və qaliblər üçün nəzərdə tutulan mükafatlar barədə ətraflı məlumat veriblər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR