A

UNEC-də WUF13-ə həsr olunmuş görüş keçirilib

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “WUF13 Azərbaycanın uğurlarını dünyaya təqdim edəcək” mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi Rəşad Əbilzadə bildirib ki, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal proseslərdə artan rolunun bariz göstəricisidir.

Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiya prosesləri, onların cəmiyyətə, iqtisadiyyata və iqlimə təsirləri, eləcə də mövcud çağırışlara innovativ həll yollarının müzakirəsi məqsədilə iki ildən bir keçirilir. WUF13 çərçivəsində müxtəlif ölkələrdən dövlət rəsmiləri, şəhər merləri, memarlar, beynəlxalq ekspertlər, biznes və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək davamlı şəhər inkişafının gələcəyini müzakirə edəcəklər.

Görüşdə vurğulanıb ki, Azərbaycan son illərdə həyata keçirdiyi müasir infrastruktur layihələri, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə beynəlxalq diqqət mərkəzindədir. Bildirilib ki, WUF13 çərçivəsində aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar şəhərlərin dayanıqlı inkişafı, innovativ idarəetmə və inklüziv urbanizasiya siyasəti baxımından mühüm nəticələrə gətirib çıxaracaq.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR