Biznes və menecment fakültəsində “Vergi mədəniyyəti və maliyyə savadlılığının artırılması” mövzusunda seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini, dosent Elbrus Əkbərov “Vergi dövlət büdcəsinin formalaşdırılmasının əsas mənbəyidir” deyərək, gənclər arasında maliyyə savadlılığının yüksəldilməsinin vacibliyini vurğulayıb. O, vergi sisteminin iqtisadiyyatın dayanıqlılığındakı rolunu qeyd edərək, seminarın tələbələr üçün əhəmiyyətini diqqətə çatdırıb.
Sonra "Maliyyə və audit" kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Professor vergi mədəniyyətinin formalaşması, maliyyə resurslarının düzgün idarə olunması və şəffaflığın iqtisadi inkişafa təsirləri barədə ətraflı məlumat verib.
İnteraktiv formatda davam edən seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.