A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici seminar keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən daxil olmuş müvafiq məktub əsasında təşkil olunan seminarda fakültə dekan müavini Cavahirxanım Məmmədova və "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Nəriman Xanəhmədov iştirak ediblər.

Seminarın əsas məqsədi tələbələr arasında insan alverinin mahiyyəti, yaratdığı təhlükələr, qarşısının alınması yolları və bu sahədə həyata keçirilən dövlət siyasəti barədə məlumatlılığın artırılması olub.

Çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq, gənclərin insan alveri kimi qlobal problemlərə qarşı daha həssas və məlumatlı olmasının vacibliyini diqqətə çatdırıblar.

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və maarifləndirici müzakirələr həyata keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay