A

UNEC-in Xarici dillər departamentinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tələbələr üçün ingilis dilində interaktiv speaking/discussion sessiyaları təşkil olunub.

Tədbirin məqsədi World Urban Forum 13-ün Azərbaycanda keçirilməsinin əhəmiyyətini təbliğ etmək, tələbələrin ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, eyni zamanda qlobal şəhərsalma məsələləri üzrə məlumatlılığını artırmaq olub.

Sessiyalar zamanı tələbələr “smart cities”, “sustainable cities”, “urban life in Baku”, “future of public spaces” və “green architecture” kimi aktual mövzular ətrafında müzakirələr aparıblar. İştirakçılar şəhərlərin gələcək inkişaf modelləri, ekoloji davamlılıq və urban həyatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı müxtəlif yanaşmaları bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay