Beynəlxalq İqtisadiyyat Məktəbinin nəzdində fəaliyyət göstərən ISE Logistics Student Club-ın üzvü olan tələbələr və “Beynəlxalq iqtisadiyyat və biznes” kafedrasının müəllimi Fədai Əfəndiyev LV Logistics – Caspian şirkətinə səfər edərək logistika sahəsinin real iş mühiti ilə yaxından tanış olublar.
Səfər çərçivəsində tələbələr beynəlxalq logistika komandasının gündəlik fəaliyyəti, həmçinin Out of Gauge (OOG) yüklərin planlaşdırılması prosesi ilə tanış olublar, eyni zamanda sahə üzrə karyera imkanları və işəgötürənlərin gözləntiləri haqqında ətraflı məlumat əldə ediblər.