UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov tərəfindən içməli su ehtiyatları ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirin məqsədi tələbələr arasında su qənaəti ilə bağlı maarifləndirməni artırmaq və bu sahədə məsuliyyətli yanaşmanı təşviq etmək olub.
Məruzəçi dünyada əhali sayının sürətlə artması fonunda su ehtiyatlarının kəskin şəkildə azalması arasındakı disproporsiyanı statistik göstəricilərlə izah edib. O qeyd edib ki, Azərbaycan da su risk zonasında yerləşən ölkələr sırasına daxildir.
Eyni zamanda, Adik Məmmədov bu sahədə dövlət tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər, su ehtiyatlarının səmərəli idarə olunması və qənaətli istifadənin təşviqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.