A

UNEC Dizayn Məktəbində “Su ehtiyatlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dizayn Məktəbinin TEC sədri, müəllim Nərminə Namazova və fakültənin tələbəsi Arzu Mirzəyeva çıxış edərək suyun həyatın əsas mənbəyi olduğunu vurğulayıblar. Bildirilib ki, su insanların yaşaması ilə yanaşı, kənd təsərrüfatının inkişafı, sənaye sahələrinin fəaliyyəti və ekosistemin tarazlığının qorunması üçün əvəzolunmaz resursdur. Qeyd ediblər ki, qlobal miqyasda su ehtiyatlarının azalması və iqlim dəyişiklikləri bu sahədə daha məsuliyyətli yanaşmanı zəruri edir. Bu baxımdan, suyun səmərəli istifadəsi, israfın qarşısının alınması və ətraf mühitə həssas münasibətin formalaşdırılması hər bir insanın üzərinə düşən vacib vəzifələrdəndir.

Seminar çərçivəsində içməli su ehtiyatlarının məhdudluğu, suya qənaət üsulları, suyun qorunması eləcə də itkilərin azaldılması istiqamətində görülə biləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Sonda tələbələr gündəlik həyatda suya qənaət yolları, alternativ həllər və fərdi məsuliyyətin artırılması ilə bağlı təkliflərini bölüşüblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay