UNEC Karyera Mərkəzinin təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının (ABB) dəstəyi ilə Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Qoşa saat” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş baş tutub.
Görüş zamanı iştirakçılara generativ süni intellektin real tətbiq sahələri, əsas anlayışları və müasir alətlər barədə geniş və praktiki məlumatlar təqdim edilib. Sessiya çərçivəsində real iş mühitindən nümunələr paylaşılaraq süni intellektin biznes, maliyyə və analitika sahələrində yaratdığı imkanlar ətraflı izah olunub.
Tədbirdə, həmçinin tələbələrin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.