A

UNEC-in Biznes və menecment fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Müasir Liderlik və İdarəetmə Psixologiyası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə liderlik bacarıqları, idarəetmədə psixoloji yanaşmalar və müasir dövrdə effektiv rəhbərlik prinsipləri müzakirə olunub. Tələbələr təqdimatlarla çıxış edərək liderliyin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Dəyirmi masada fakültənin dekan müavini Elbrus Əkbərov, “Karyera planlaşdırılması və inkişafı” kafedrasının müdiri Rəşad Məhərrəmov və “Biznesin idarə edilməsi” ixtisasının rəhbəri Samirə Rüstəmova çıxış ediblər.

Müzakirələr zamanı liderlik üslubları müqayisəli şəkildə izah olunub, xüsusilə transformasional və transaksional liderlik modellərinin fərqlərinə diqqət yetirilib.

Qeyd olunub ki, transformasional liderlik əməkdaşların daxili motivasiyasını və inkişafını təşviq etdiyi halda, transaksional liderlik daha çox nəzarət və mükafat-cəza mexanizmlərinə əsaslanır. Bu çərçivədə James MacGregor Burns və Bernard Bass tərəfindən irəli sürülmüş nəzəri yanaşmalara istinad edilib.

TOP XƏBƏRLƏR