A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində su ehtiyatlarından səmərəli istifadəyə həsr olunan maarifləndirici tədbir təşkil olunub.

Tədbir fakültənin “İqtisadiyyat” kafedrasının təşəbbüsü ilə ölkənin su təhlükəsizliyi və resursların dayanıqlı idarə olunması mövzusuna diqqət çəkmək məqsədilə keçirilib.

Görüş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “2024–2027-ci illərdə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”sının icrası çərçivəsində baş tutub. Tədbirdə kafedranın dosenti Sahib Məmmədov “Sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi” mövzusunda geniş təqdimatla çıxış edib. O, məişətdə və istehsalatda su israfının qarşısının alınması yolları, ekoloji maarifləndirmənin istehlakçı davranışına təsiri barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən ixtisas rəhbərləri – dosentlər İlhamə Mahmudova və Günay Pənahova su ehtiyatlarının qorunmasının yalnız ekoloji deyil, eyni zamanda strateji iqtisadi məsələ olduğunu vurğulayıblar. Onlar qeyd ediblər ki, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlər cəmiyyətdə məsuliyyətli istehlak mədəniyyətinin formalaşmasına mühüm töhfə verir.

Həmçinin,  Sevinc Səbzəliyeva çıxışında su resurslarının qorunmasının hər bir fərd üçün təkcə mənəvi deyil, həm də hüquqi öhdəlik olduğunu diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay