A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Süni intellekt və maliyyə: sabaha baxış” adlı elmi konfrans keçirilib.

Konfransda süni intellektin maliyyə sektorunda yaratdığı yeniliklər, rəqəmsal transformasiya, gələcəyin peşələri və müasir təhsil yanaşmaları müzakirə olunub.

Tədbirdə UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru dos. Şaiq Əsgərov, Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru h.f.d., dos Davud Davudov, BDU nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Hicran Əyyubova, UNEC nəzdində Sosial-İqtisad Kollecin direktoru r.e.d. Mübariz Hacıbəyov çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Eyni zamanda müxtəlif kolleclərin tələbələri təqdimatlarla çıxış edərək innovativ yanaşmalarını nümayiş etdiriblər.
Konfransın sonunda çıxış edən tələbələrə sertifikat təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay