A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sağlamlıq ayı” çərçivəsində “Sağlam həyat tərzi” təlimi keçirilib.

UNEC-in SABAH qrupları və TGT-nin təşkilatçılığı ilə keçirilən təlimdə tanınmış fitness ustası Fövqi Əfəndi tələbələrə sağlam həyat tərzi sürmək üçün nələr etmək lazım olduğunu izah edib. Tədbirdə sağlam həyat tərzi deyəndə gənclər nə başa düşür, sağlam həyat tərzi və təhsil arasında əlaqələr, doğru qidalanma və s. kimi müxtəlif mövzular ətrafında aktiv müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Sonda Fövqi Əfəndiyə UNEC Tələbə Gənclər Təşilatı adından təşəkkürnamə təqdim edilib.

TOP XƏBƏRLƏR