A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan I kurs tələbələri arasında “Best Paper” adlı tədqiqatyönümlü müsabiqə keçirilib.

UNEC-in “Beynəlxalq İqtisadiyyat” (ingilisdilli) kafedrasının müəllimi Təhmasib Əlizadənin təşkil etdiyi müsabiqənin məqsədi tələbələrin tədqiqata marağını artırmaq, onların araşdırma bacarığını inkişaf etdirmək və bu istiqamətdə tələbələr arasında sağlam rəqabət mühiti yaratmaqdır.

T.Əlizadə “Qloballaşma və onun nəticələri” mövzusuna həsr olunan müsabiqəyə təqdim olunan tədqiqatyönümlü məqalələri 4 kriteriya üzrə dəyələrləndirib. Müsabiqənin qalibi “The Social Impacts of Globalization in Developing Countries” mövzusu ilə Anar Sultanzadə olub. Mətin Babayev II, Nəzrin Əhmədova III, Ləman Əlizadə isə IV yerin sahibi olub.

UNEC-in gənc müəllimi T.Əlizadə qalibə Joseph E.Stiglitzin “Globalization and Its Discontents, 2018” kitabını hədiyyə edib.

TOP XƏBƏRLƏR