×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Biznes və menecment fakültəsində “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültə dekanı, dosent Mirağa Əhmədov bildirib ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladlarının yanvarın 19-dan 20-nə keçən gecə canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran dekan, onların arasında UNEC-in əbədi tələbələri İlqar Əbilhəsənov və Habil Əzizovun olduğunu, şəhidlərin  xatirəsinin universitetdə daim əziz tutulduğunu və yad edildiyini vurğulayıb.

“Humanitar fənlər” kafedrasının professoru Nizami Süleymanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan ərazisinə qanunsuz daxil olan sovet ordu birləşmələrinin törətdikləri ağır cinayətlərin səbəb, məqsəd və nəticələrindən danışıb. Bildirib ki, məhz Ümummilli lider Heydər Əliyevin cəsarətli addımları sayəsində hadisənin əsl mahiyyəti dünya birliyinə çatdırıldı, Ulu öndərin birbaşa təşəbbüsü və iştirakı ilə bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verildi.

Tədbirdə “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbülhəsənli bu cür tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirib, şəhidlərin, milli qəhrəmanların cəsurluğu və rəşadətinin vətənini sevən hər kəs üçün örnək olduğunu qeyd edib.

Sonra birinci kurs tələbələri Bayraməliyeva Sona “Qalmaq”, Əlirza İbrahimov isə “Fədailər” şeirini səsləndiriblər.

Tədbirdə 20 Yanvar hadisələrini əks etdirən videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR