A

UNEC-in II tədris binasında İqtisadiyyat fakültəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının DİN-nin məsul əməkdaşları: polis polkovniki A.Adıgözəlov, polkovnik-leytenant M.Ömərova, polkovnik-leytenant S.Babayev və mayor E.İbrahimov ilə“Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövsuzunda görüş keçirilmişdir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, tələbələr çıxışlarında qeyd etdilər ki, narkomaniya ilə mübarizə gənclərin sağlam həyatının formalaşması baxımından mühüm məqsəddir. Azərbaycanın dövlət siyasətində başlıca  vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər siyahısında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə ölkənin davamlı siyasətidir.

Tədbirdə İqtisadiyyat, Ekspertiza və Standartlaşdırma, Rus İqtisad Məktəbi və Texnologiya və Dizayn fakültələrinin tələbələri DİN-nin əməkdaşlarına narkomaniyaya qarşı mübarizə ilə bağlı suallar vermişdirlər. Bu mövzu ilə bağlı verilən suallar DİN-in əməkdaşları tərəfindən cavablandırılmışdır.

Sonda İqtisadiyyat fakültəsinin dekanı dos. A.A.Quliyev “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” mövzusundakı tədbirdə iştirak edən polis əməkdaşlarına və tələbələrə, professor-müəllim heyətinə təşəkkür etmişdir.

TOP XƏBƏRLƏR