×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Qiyabi formada tədrisin payız semestri üzrə mühazirə-məşğələ sessiyasının başlaması ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev qiyabi təhsil şöbəsinin I kurs tələbələri ilə görüşüb.

Mərkəz direktoru tələbələrin daha keyfiyyətli tədris mühitində təhsil ala bilmələri üçün universitetdə böyük işlərin görüldüyünü bildirib. Tələbələrə məlumat verilib ki, UNEC-də tədris prosesinin tamamilə elektronlaşması təmin olunub. “Elektron universitet” modelinin artıq 4 ildir uğurla tətbiq edildiyini deyən Səbuhi Tanrıverdiyev, həmçinin UNEC-dəki digər yeniliklər, tədris prosesinin müasirləşdirilməsi məqsədilə həyata keçirilən islahatlar barədə danışıb və böyük sayda gənc müəllimlərin işə cəlb olunmasını xüsusi vurğulayıb. UNEC-də qiyabi təhsil formasında tədrisin təşkilinin artıq beşinci ildir ki, kredit sisteminin tələblərinə əsasən qurulduğunu qeyd edən mərkəz direktoru, bu sistemin mahiyyəti və prinsipləri haqqında da tələbələrə geniş məlumat verib. Ümumiyyətlə, qiyabi təhsil formasının reallaşdırılması ilə əlaqədar tədris prosesinin bütün incəlikləri 3 saat sürən görüş boyu tələbələrə çatdırılıb. Tədbirin sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, UNEC-də qiyabi formada tədrisin payız semestri üzrə mühazirə-məşğələ sessiyasının 7-30 yanvar tarixlərində, imtahan sessiyasının isə fevralın 7-dən 12-dək təşkili nəzərdə tutulub.

TOP XƏBƏRLƏR