UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tələbələrə onlayn təlimlər keçirilib.
“COVID-19-un psixoloji təsirləri və onun aradan qaldırma vasitələri” ilə bağlı təlimi Psixologiya Elmi-Tədqiqat İnstitunun rəhbəri, psixoloq Elnur Rüstəmov keçib. Psixoloq özünə qulluq və psixoloji sağlamlığın qorunmasının vacib məqamlarını tələbələrin diqqətinə çatdırıb.
Növbəti təlim isə “Davranışda qavrayış” mövzusunda olub. Sosial tədqiqatçı Zaur Cahangirovun keçdiyi təlimdə tələbələrə sosial davranış qaydaları barədə məlumat verilib. Sosiallaşma və qavrayış barədə maraqlı məlumatlar səsləndirilib.
Təimlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb.