A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin qiyabi şöbəsində təhsil alan II kurs tələbləri ilə videokonfrans formatında görüş keçirilib.

Görüşdə kollecin direktoru dos.Oruc Məmmədov və şöbə müdirləri Nəzrin Quliyeva və İlham Abbasov iştirak ediblər. Kollecin direktoru dos.Oruc Məmmədov qiyabi şöbədə təşkil edilən distant dərslərin təşkilindən danışıb. Bildirib ki, tələbələrin dərsə davamiyyəti 74-100% təşkil edib, sərbəst işlərin qəbulu, mühazirə və seminar dərsləri, tədris materallarının, kollokvium və imtahan suallarının vaxtında tələbələrə təqdim edilməsi təmin olunub.

Direktor 2019/2020-ci tədris ilinin yaz semestri üzrə imtahan sessiyasının təşkili qaydaları haqqında tələblərə geniş məlumat verib.

Görüşdə tələbələrin sualları cavablandırılıb.     

TOP XƏBƏRLƏR