A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə kollecin direktoru dosent Oruc Məmmədov çıxış edərək bildirib ki,  Azərbaycanın çağdaş tarixi ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran Oruc Məmmədov ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

UNEC rektorunun kolleclər üzrə məsləhətçisi professor Nuru Mikayılov ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərdən danışıb.

Kollecin tərbiyə işləri üzrə direktor müavini Murad Muradov “Milli qurtuluşdan Zəfərə” mövzusunda geniş məruzə ilə çıxış edib..

TOP XƏBƏRLƏR