Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində 8 noyabr Zəfər Günü münasibəti ilə “Qartal vüqarlı zəfər şahinləri” adlı ədəbi-bədi tədbirlər keçirilib.
Tədbirdə kollecin müəllim və tələbələri ilə yanaşı, Vətən müharibəsində iştirak etmiş bir qrup tələbə də iştirak edib.
Zəfər Günü münasibəti ilə tələblərin rəsm əsərləri nümayiş olunub. Tədbir çərçivəsində kollecin şəhidləri Miqdad Abduləlimov və Elşən İbrahimovun ailəsinə "Qartal vüqarlı zəfər şahinləri” Fəxri diplomları təqdim edilib. Maliyyə işi ixtisası üzrə təhsil alan tələbələr kollec üzrə bilik, bacarıq və vərdişlərin mənimsənilməsində fərqləndiyinə görə “Təşəkkürnamə” ilə təltif ediliblər.
Kollecin direktoru dos. Oruc Məmmədov tədbirdə çıxış edərək Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. O, çıxışında xalq-dövlət-ordu birliyindən danışıb, Zəfərin əldə olunmasında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi qəhrəmanlıq salnaməsindən bəhs edib.
Tədbirdə tələbələr ədəbi-bədii proqramlarla çıxış ediblər, “Ağlama, şəhid anası” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
Zəfər Günü münasibətilə tələbə və müəllim heyəti Hərbi Qənimətlər Parkını da ziyarət ediblər.