Noyabrın 13-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu,Vətən müharibəsinin şəhidi Ülvi Hacıyevin doğum günüdür. Yaşasaydı 27 yaşı olacaqdı.
Ülvi Hacıyevin doğum günü tədbiri II Fəxri Xiyabanda, şəhidin məzarı önündə keçirilib. Tədbirdə ailə üzvləri ilə yanaşı, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova, UNEC Tələbə Həmkarlar İttifaqı komitəsinin sədri Rüfət Süleymanlı, şəhidin hərbçi yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evin qarşısında onun adını daşıyan park və bulağın açılışına qatılıblar.