Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə tədbir keçirilib.
Tədbirdə Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov, Azərbaycan Aşıqlar Birliyinin üzvləri-Aşıq Qələndər, Aşıq Eldar və balaban ustası Ələkbər Ələkbərov, müəllim və tələbə heyəti iştirak ediblər.
Kollecin direktoru Vidadi Orucov Aşıq Ələsgəri Azərbaycan xalq yaradıcılığının ən böyük nümayəndələrindən biri kimi səciyyələndirərək, onun aşıq poeziyasını həm məzmun, həm də forma cəhətdən rəngarəngliyi ilə zənginləşdirdiyini bildirib. Söz-saz sənətinə xüsusi marağı və sevgisi ilə seçilən V.Orucov çıxışının davamında Aşıq Ələsgərin sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Sonra iştirakçılar Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı çıxışlar ediblər. şeir söyləyiblər. Tədbir balaban ustası Ələkbər Ələkbərovun müşayiəti ilə Aşıq Qələndər və Aşıq Eldarın ifaları ilə davam edib.