UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 3 dekabr -Beynəlxalq Əlillər Gününə həsr edilmiş "İnklüziv təhsil" mövzusinda seminar təşkil olunub.
Seminarda fakültənin dekanı Prof.Dr. Mehmet Yüce, dekan müavini Cavahirxanım Məmmədova və İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov tələbələrə inklüziv təhsil, əlill tələbələrin sosial mühitə adaptasiyasından danışıblar. UNEC-də yaradılan inklüziv mühit barədə tələbələri məlumatlandırıblar.